Zaqatalada yol qəzası baş verib.
Sitat.info APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi "VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.
Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.