Kanadalı məşhur aktrisa Kerri Enn Fleminq 51 yaşında vəfat edib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, “Supernatural” və “iZombie” kimi geniş izləyici kütləsinə malik seriallardakı rolları ilə tanınan Kerri Enn Fleminqin ölüm səbəbi süd vəzi xərçəngi olub.
Qeyd edək ki, Fleminq 16 avqust 1974-cü ildə Nova Skotia əyalətinin Diqbi şəhərində doğulmuşdu.