Azərbaycan üzərindən Ermənistana bu məhsullar göndərildi

10:50 24 Mart 2026

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Sitat.info xəbər verir ki, gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.



Xəbər xətti