İsrail parlamenti Qətər dövlətinin düşmən elan edilməsinə dair qanun layihəsi təklifini rədd edib.
Sitat.info xəbər verir ki, ölkənin ana müxalifət partiyası olan “Gələcək Var”ın rəhbəri Yair Lapidin irəli sürdüyü təklif səs çoxluğu ilə qəbul edilməyib.
Bildirilib ki, Qətərlə İsrail arasında münasibətlər son illərdə gərginləşib. Son olaraq ötən ilin sentyabrında İsrail Qətərin paytaxtına qəfil hava hücumu gerçəkləşdirib. Hədəf isə Dohada konfransa qatılan “Həmas”ın nümayəndə heyəti olub. Həmin hücumda 5 “Həmas” üzvü və 1 qətərli polis həlak olub.
Həmin vaxt İsrailin Baş naziri Benyamin Netanyahu Qətəri hədələyərək “Həmas” rəhbərliyini təslim etməsini tələb etmişdi.