Təcili! Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU

09:24 26 Mart 2026

ABŞ-İsrail və İran arasındakı müharibənin 27-ci günündə bölgədə Türkiyəni sarsıdan hadisə baş verib.

Sitat.info Türkiyə mətbuatına isinadən xəbər verir ki,  "Altura" adlı Türkiyə neft tankerinə dron çırpılıb.

Məlumata görə, 140 min ton neft daşıyan tanker zərbədən sonra su almağa başlayıb.

Hadisə İstanbul boğazına 26 kilometr qalmış qeydə alınıb. Gəminin göyərtəsinə və mühərrik otağına ciddi ziyan dəysə də, göyərtədəki 27 nəfərlik türk heyətinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisədən dərhal sonra gəmi təcili yardım çağırışı edib.

Sahil Təhlükəsizliyi Baş İdarəsinin qrupları artıq gəmiyə çataraq müdaxiləyə başlayıblar. Baş verənlərin qəsdən törədilmiş bir hücum olub-olmadığı hələlik müəyyənləşməyib.

 



Xəbər xətti