“İrana kəşfiyyat məlumatları ilə bağlı yardım etmirik”

11:53 27 Mart 2026

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı iddiaları təkzib edib.

Sitat.info xəbər verir ki, Rusiya xarici işlər naziri “France Television” telekanalına müsahibəsində bildirib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq mövcuddur və bəzi hərbi məhsulların tədarükü həyata keçirilib.

Ancaq o vurğulayıb ki, Rusiya tərəfi İrana kəşfiyyat məlumatları təqdim etdiyi barədə ittihamları qəbul etmir.

Lavrov əlavə edib ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının yerləşməsi barədə məlumatlar açıq mənbələrdə mövcuddur və bu səbəbdən İranın həmin obyektləri hədəf alması onu təəccübləndirmir.

Nigar,

Sitat.info

 



Xəbər xətti