Rusiya Prezidenti Vladimir Putin Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.
Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Açılış mərasiminə videobağlantı vasitəsilə qoşulan Rusiya lideri bildirib ki, Dərbənddə yenidən qurulan Azərbaycan Dövlət Dram Teatrının istifadəyə verilməsi həm Dağıstanın, həm də ümumilikdə Rusiyanın və qonşu ölkələrin mədəni həyatında mühüm hadisədir:
“Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən də əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir.
Xatırladım ki, bu teatrın tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, bərpa işlərindən sonra teatr əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq”.
Putin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm fundament üzərində inkişaf edir.