Bu müharibə (Yaxın Şərqdəki gərginlik – red) bölgəmizdə böyük bir nifaq topunu alovlandırıb.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.
“Bu müharibənin hesablanmış nəticələrindən biri təkcə İranın nüvə potensialının aradan qaldırılması deyil, həm də daha təhlükəlisi, bölgənin qurucu və əsas fiqurları olan türklər, kürdlər, ərəblər və farslar arasında onilliklər boyu davam edəcək qanlı bir müharibəyə, qardaş qırğınına yol açmaq üçün atılan addımlardır. Türkiyə olaraq bu şeylərə qarşı son dərəcə ayıq-sayıqlıqla mübarizə aparacağıq. Eyni zamanda, heç vaxt nifaq alovunu alovlandıran tərəf olmamışıq və olmayacağıq. Lazım gələrsə, od topunu öz əlimizə alıb sinəmizdə soyudacaq, amma heç vaxt nifaq alovuna atmayacağıq”, - Kalın əlavə edib.