İsrailin Beyruta (Livan) endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının iki yüksək vəzifəli nümayəndəsi zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb.
"Livanın paytaxtına endirilən zərbə nəticəsində Əyyub Hüseyn Yaqub və Yasir Məhəmməd Mübarək öldürülüb. Onlar Hizbullah daxilində rabitənin fasiləsizliyinin təmin edilməsinə cavabdeh olan və qruplaşmanın istifadə etdiyi rabitə sistemlərinin hazırlanması, saxlanması və istifadəsinə nəzarət edən bölmənin yüksək vəzifəli üzvləridir", - məlumatda bildirilib.
Qeyd olunub ki, Əyyub Hüseyn Yaqub əvvəllər Hizbullahın raket bölməsində rəhbər vəzifə tutub və İsrailə çoxsaylı hücumların arxasında dayanıb, Yasir Məhəmməd Mübarək isə həm raket, həm də rabitə bölməsində vəzifə tutub.
///Axar.az