Fevralın 28-də İranla müharibə başlayandan bu yana İsraildə ümumilikdə 6 008 yaralı xəstəxanalara yerləşdirilib. Onlardan 121 nəfərin müalicəsi hazırda da davam edir.
Sitat.info xəbər verir ki, İsrailin Səhiyyə Nazirliyi bu barədə məlumat yayıb.
Rəsmi məlumatlara görə, təkcə son 24 saat ərzində xəstəxanalara 232 yaralı qəbul olunub.
Qeyd edək ki, bundan əvvəl açıqlanan rəqəmlərdə yaralıların sayının daha az olduğu bildirilsə də, münaqişə davam etdikcə bu göstərici artmaqdadır.
Aytac,
Sitat.info