İsrail mediası ölkənin şimalında yerləşən Hayfa şəhərindəki “Bazan” neft emalı zavodunda raket hücumundan sonra yanğın baş verdiyini bildirib.
Sitat.info Əl-Cəzirəyə istinadən xəbər verir ki, hadisə raket zərbəsi nəticəsində yaranıb və əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd edək ki, sözügedən obyekt daha əvvəl – martın 19-da da İranın zərbələrinə məruz qalmışdı. Bu hücumlar Tehranın enerji infrastrukturuna edilən zərbələrə cavab olaraq həyata keçirilmişdi. Həmin vaxt da zavod ərazisində tüstü və lokal yanğınlar müşahidə olunmuş, lakin ciddi dağıntı və insan itkisi qeydə alınmamışdı.
Aytac,
Sitat.info