Hindistan Azərbaycana təşəkkür etdi

17:00 30 Mart 2026

Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
 
Bu barədə Sitat.info -ya Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
 
"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.
 
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.



Xəbər xətti