Sitat.info-nun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "VAZ-21011" və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.