İsrail İranda yenə məktəbi vurdu: 21 nəfər həlak oldu

12:48 31 Mart 2026

İranın cənubunda yerləşən Lamerd şəhərində məktəb binasına raket düşməsi nəticəsində 21 nəfərin həlak olduğu bildirilir.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, ABŞ-yə məxsus yeni nəsil PrSM  ballistik raketi şəhərdəki məktəbin idman zalına düşüb. Hadisə nəticəsində məktəb binasında dağıntı və yanğın baş verdiyi qeyd olunur.

Paylaşılan videolara, habelə, peyk görüntülərinə əsasən, SEPAH-a məxsus hərbi bazaya endirilən raket zərbəsinin təsiri bazanın yaxınlığında yerləşən məktəbə də dəyib.

Qeyd olunur ki, bu hadisə daha öncə Minab şəhərində baş vermiş oxşar faciəni xatırladır. Bildirilib, SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına bitişik orta məktəbə BGM-109 Tomahawk raketinin düşməsi nəticəsində 180 nəfər, o cümlədən 175 uşaq həyatını itirmişdi.



Xəbər xətti