İranda yaşayış binaları dağıdıldı: ölənlər və yaralananlar var (VİDEO)

13:39 31 Mart 2026

Bu gün səhər saatlarında Tehranda İsrailin hava hücumundan sonra bir neçə yaşayış binasının dağıldığı bildirilir.

Sitat.info İran mediasına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub və dağıntılar altından qurbanları çıxarmaq üçün əməliyyatlar davam edir.

Bundan əlavə, İranın qərbində yerləşən Məhəllat şəhərinə edilən hava hücumunda isə 11 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı bildirilib. Ölənlər arasında üç uşaq var və dörd yaşayış binası tamamilə dağılıb.

Nigar,

Sitat.info



Xəbər xətti