“Fənərbaxça”nın prezidenti Sadettin Saran qəzaya düşüb.
Sitat.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisinin rəhbəri klubun düşərgəsinə gələrkən avtomobil qəzası keçirib. Lakin o və sürücüsü heç bir xəsarət almayıb.