“Rusiya bizə 2 ay vaxt verib”​

19:37 31 Mart 2026

“Rusiya Donbasdan çıxmaq üçün bizə 2 ay vaxt verib”​.

Sitat.info “Russia Today”ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Moskva bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsini tələb edərək, əks halda, sülh danışıqlarının şərtlərini daha da sərtləşdirəcəyi ilə hədələyir:

“Bu mesaj mənə amerikalı vasitəçilər tərəfindən çatdırılıb. ABŞ tərəfi Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız ordunun Donbasdan tam çıxarılmasından sonra verməyi müzakirə edir. Lakin bu format işləməyəcək və Ukrayna öz ərazilərindən könüllü imtina etməyəcək”.

Qeyd edək ki, ABŞ-nin Dövlət katibi Marko Rubio dava əvvəl də Zelenskinin bu iddialarını kəskin şəkildə təkzib etmişdi.

Rubio Zelenskini yalan danışmaqda ittiham edərək bildirmişdi ki, Vaşinqton Kiyevi heç bir ərazidən çıxmağa məcbur etmir:

“Biz sadəcə Rusiyanın israr etdiyi şərtləri Ukrayna tərəfinə çatdırmışıq, bu şərtləri dəstəklədiyimizi deməmişik”.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişəni bitirmək üçün 2026-cı ilin iyun ayına qədər vaxt qoyduğunu və tərəfləri masaya oturtmaqda qərarlı olduğunu bildirmişdi.



Xəbər xətti