İran ABŞ-nin bu məşhur şirkətlərinə xəbərdarlıq etdi

20:02 31 Mart 2026

 

İran aprelin 1-i axşamdan etibarən Yaxın Şərqdəki bir neçə Amerika şirkətinin obyektlərinə İrandakı hər bir sui-qəsdə cavab olaraq hücum edəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“SEPAH 18 Amerika texnologiya şirkətinə, o cümlədən “Microsoft”, “Apple”, “Google”, “Intel” və “Boeing”ə qarşı xəbərdarlıq edərək, onların ABŞ və İsrail tərəfindən həyata keçirilən terror əməliyyatlarına cavab olaraq qanuni hədəf hesab ediləcəyini bildirib”, - deyə məlumatda bildirilir.

İran ordusu Amerikanın İKT və süni intellekt şirkətlərinin sui-qəsdlərin planlaşdırılması və həyata keçirilməsində mərkəzi rol oynadığını vurğulayıb və elan edib ki, İranda hər bir terror aktı üçün bu şirkətlərin müvafiq obyektləri hədəfə alınacaq.

 

 
 
 



Xəbər xətti