Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət etdi

08:50 4 Aprel 2026

İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət edib.

Musavat.com xəbər verir ki, o, X hesabında paylaşım edərək,  hansı tərəfin - Tehran və ya Vaşinqtonun - Fars körfəzindəki münaqişənin həlli üçün danışıqları həqiqətən dəstəklədiyini müəyyən etmələrini istəyib: "Amerika xalqına açıq məktub ünvanladığım anda İranın xarici siyasət üzrə strateji şurasının rəhbərinin həyatına sui-qəsd cəhdi edilir və nəticədə onun həyat yoldaşı həlak olub. Bu şəraitdə hansı tərəfin dialoq və danışıqları dəstəklədiyini, hansı tərəfin "terrorizmi" dəstəklədiyini beynəlxalq ictimai rəy müəyyən etsin".



Xəbər xətti