Bakının Yasamal rayonu ərazisində torpaq qatı çöküb.
Sitat.info xəbər verir ki, sürüşmə Nəriman Nərimanov heykəli ilə üzbəüz ərazidə qeydə alınıb.
Kadrlardan aydın olur ki, asfalt örtüyü boyunca bir neçə nöqtədə dərin yarıqlar və boşluqlar yaranıb.
Hətta bəzi yerlərdə yeraltı kommunikasiya xətləri də açıq şəkildə görünür. Bu isə ərazidən keçən piyadalar üçün real təhlükə yaradır.
Sitat.info çökən ərazinin videosunu təqdim edir:
Səid,
Sitat.info