Bu ölkə əhalisi Trampı sülhə ən böyük təhlükə hesab etdi

17:25 6 Aprel 2026

İspanlar ABŞ Prezidenti Donald Trampı sülh üçün ən böyük təhdid hesab edirlər.

Sitat.info xəbər verir ki, bu barədə “El Pais” nəşri ölkə əhalisi arasında keçirilən rəy sorğularının nəticələrinə əsasən yazıb.

Məlumata görə, sorğuda iştirak edənlərin 81 faizi Trampı sülhə ən böyük təhdid adlandırıb.

Trampdan sonra Rusiya Prezidenti Vladimir Putin (79.3 faiz) və İsrail Baş naziri Benyamin Netanyahu (71.2 faiz) sülhün böyük düşmənləri hesab olunublar.



Xəbər xətti