Həmin təklifdən imtina etdi

18:25 6 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə 51-ci ştat kimi birləşdirilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi qalmaqallı təklifindən imtina edib.

Sitat.info Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Tramp bu qərarını Kanadanın köklü tarixi və milli kimliyi ilə əsaslandırıb.

O bildirib ki, kanadalıların 200 illik tarixi və özünəməxsus milli dəyərləri bu prosesi qeyri-mümkün edir:

“Bunu üç il yarıma anlamaq mümkün deyil. Ona görə də düşünmürəm ki, bu, baş versin. Böyük Britaniya Kralı III Çarlz nominal olaraq Kanadanın dövlət başçısı statusunu qoruyub saxlayır və ABŞ tərəfi bu səlahiyyətlərə qəsd etmək niyyətində deyil”.

Xatırladaq ki, ötən ilin yanvarında Tramp Kanadanın ABŞ-yə birləşməsini təklif etmişdi. O iddia edirdi ki, bu addım ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavanı Rusiya ilə Çinin artan təhdidlərindən qoruyacaq. Tramp həmin vaxt vurğulamışdı ki, Kanada ştat olmadığı təqdirdə, Vaşinqtonun bu ölkəni ildə yüz milyardlarla dollar subsidiyalaşdırması mənasızdır.

///Qafqazinfo



Xəbər xətti