Gəncə şəhərində bədbəxt hadisə baş verib.
Sitat.info APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1961-ci il təvəllüdlü M.Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyənp zaman zəhərlənərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.