Təbrizə hava zərbələri endirilib — Şəhərdə partlayışlar baş verib

13:04 7 Aprel 2026

İranın şimal-qərbində yerləşən Təbriz şəhərində çoxsaylı partlayışlar baş verib.

Bu barədə “Əl-Hadah” telekanalı məlumat verib.

Televiziya kanalının məlumatına görə, Təbrizin müxtəlif əraziləri intensiv hava hücumlarına məruz qalıb. “Əl-Hadah” əlavə edib ki, son saatlarda şəhərdə 20-dən çox güclü partlayış baş verib.

Dağıntılar və ya mümkün itkilər barədə hələlik heç bir məlumat yoxdur. (Azpost.info )



Xəbər xətti