İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib.
Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb, zərərsizləşdirilən 3 şübhəlidən, 2-si ölüb, 1 nəfər yaralı olaraq saxlanılıb.
Sitat.info bu barədə CNNTürk-ə istinadən xəbər verir.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.
Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.
Nigar,
Sitat.info