Vens: Hörmüzü bağlamaq İrana baha başa gələ bilər

17:39 7 Aprel 2026

Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın Hörmüz boğazını bağlaması ilə bağlı açıqlama verib.

 
Sitat.info Azad İran teleqram kanalına istinadla xəbər verir ki, o bunu Macarıstana səfəri zamanı Viktor Orban ilə keçirilən mətbuat konfransında deyib.
 
Vensin sözlərinə görə, İran Hörmüz boğazı vasitəsilə ABŞ-yə iqtisadi ziyan vurmağa çalışır, ancaq bu İrana baha başa gələ bilər.
 
“İran Hörmüz boğazı vasitəsilə ABŞ-yə və dostlarına iqtisadi ziyan vurmağa çalışsa da, Amerikanın İrana vuracağı iqtisadi təsir bundan qat-qat böyük olacaq. Ümid edirəm ki, onlar bu reallığı anlayırlar”, - deyə, vitse-prezident vurğulayıb.
///Bakupost.az
 



Xəbər xətti