Genişmiqyaslı daşqınlar fonunda Dağıstanda regional fövqəladə vəziyyət elan edilib. Onun statusu tezliklə federal səviyyəyə yüksəldiləcək.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinə hesabatı zamanı bildirib.
“Nəticələrə əsasən, hökumət komissiyası yaxın vaxtlarda fövqəladə vəziyyət rejiminin təkmilləşdirilməsi barədə qərar qəbul edəcək”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl sinoptiklər aprelin 10-da regionu yeni siklonla vuracağı ilə bağlı xəbərdarlıq etmişdi.