Səhhətinə görə konsertini ləğv etdi

18:50 7 Aprel 2026

Dünyaşöhrətli müğənni Ledi Qaqa səhhətindəki problemlərə görə Kanada konsertini ləğv etdiyini açıqlayıb.

Sitat.info  xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında yazıb.

Belə ki, Ledi Qaqa aprelin 7-də Monrealdakı Bell Mərkəzində çıxış etməli idi. Müğənninin sözlərinə görə, ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulub. Həkim ona səhhətini pisləşdirməmək üçün yaxın vaxtlarda çıxış etməməyi tövsiyə edib.

“Sizi ruhdan saldığım üçün özümü çox pis hiss edirəm. Bu axşam üçün planları olan və məni dəstəkləyən hər kəsdən çox üzr istəyirəm. Sadəcə olaraq, layiq olduğunuz keyfiyyətli konserti təqdim edə bilməyəcəm”, - deyə ulduz müğənni qeyd edib.



Xəbər xətti