Futbol üzrə Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.
Komanda George Haciyə tapşırılıb. O, bu postda Mirça Luçeskunu əvəzləyib.
Xatırladaq ki, George Haci son olaraq ölkəsində "Farul"un baş məşqçisi olub.
Onu da qeyd edək ki, Mirça Luçeskunun səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.