ABŞ ilə İran arasında atəşkəsə dair xəbərlər fonunda "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 13,26% azalaraq 1 barelə görə 94,78 ABŞ dolları təşkil edib.
Sitart.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 14,33% azalaraq 96,76 ABŞ dollarına bərabər olub.