İranın Ali Milli Təhlükəsizlik Şurası Vaşinqtonun Tehranın sülh planını qəbul etdiyini açıqlayaraq ABŞ-la müharibədə qalib gəldiklərini elan edib.
Sitat.info bildirir ki, bu barədə rəsmi açıqlamada deyilir.
“Düşmən sarsıdıcı məğlubiyyətə uğradı. İran böyük bir qələbə qazandı və cinayətkar Amerikaya 10 maddəlik planını qəbul etdirməyə məcbur etdi”, – Tasnim xəbər agentliyi Təhlükəsizlik Şurasının Telegram kanalına istinadən bildirib.
Bəyanata görə, Amerika tərəfi Tehranın Hörmüz boğazı üzərində nəzarətini qorumağa, uranın zənginləşdirilməsinə müdaxilə etməməyə və bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etməyə söz verib.
İran Təhlükəsizlik Şurası Tehranın bölgədəki Amerika qüvvələrini, Vaşinqtonun infrastrukturunu və hərbi paytaxtını darmadağın etdiyi deyilir.