"Hər şey 15 gün ərzində danışıqların necə gedəcəyindən asılı olacaq" - Tramp

10:08 8 Aprel 2026

Son bir saat ərzində ABŞ prezidenti Donald Tramp sosial media platformasında yeni bir açıqlama yayımlayaraq İranın da atəşkəsi alqışladığını və döyüşlərdən də bezdiyini bildirib.

Sitat.info Əl-Cəzirəyə istinadən xəbər verir ki, Tramp prosesin ABŞ və İran arasında növbəti 15 gün ərzində danışıqların necə gedəcəyindən asılı olacağını açıqlayıb. 

O qeyd edib ki, İsrailin Pakistanın vasitəçiliyi ilə keçiriləcək  danışıqlarda tərəf olub-olmayacağını bilmir. 

Dünən gecə Tramp həmçinin sosial mediada atəşkəsdə vasitəçilik etdiyinə görə Pakistana və Çinə təşəkkür edib.

Nigar,

Sitat.info 

 



Xəbər xətti