İran ordusunu məhv etdik - Heqset

17:00 8 Aprel 2026

İran atəşkəs üçün yalvarırdı.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.

“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.

Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:

“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.

///Axar.az



Xəbər xətti