Əraqçi ilə Ceyhun Bayramov telefonla danışdılar

19:13 8 Aprel 2026

İranın xarici işlər naziri Abbas Əraqçi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında növbəti telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı İran XİN rəhbəri özünün teleqram kanalında paylaşıb.

Məlumata görə, tərəflər regionda sürətlə dəyişən son vəziyyəti və ikitərəfli münasibətlərin hazırkı durumunu müzakirə ediblər. Nazirlər regional təhlükəsizlik çağırışları və gərginliyin azaldılması istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, danışığın təfərrüatları barədə əlavə məlumat veriləcək.



Xəbər xətti