Ukrayna müharibənin 1506-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 307 540 hərbçi, 11 847 ədəd tank, 24 370 ədəd zirehli döyüş maşını, 39 689 ədəd artilleriya sistemi, 1 724 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 341 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 88 332 ədəd avtomobil texnikası, 227 539 ədəd PUA, 4 517 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 119 xüsusi avadanlıq itirib.