İsrailin keçmiş baş naziri Naftali Bennett İranla atəşkəs razılaşmasını tənqid edib.
Sitat.info xəbər verir ki, o, müharibənin məqsədlərinə çatılmadığını bildirib və xəbərdarlıq edib ki, uğursuzluq İsraili qisasçı İranla üz-üzə qoyacaq.
“Hakimiyyətin bütün boş vədləri əks nəticə verib. İsraili daxildən məhv edən hökumət düşməni xaricdə məğlub edə bilməz”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında ötən gün iki həftəlik atəşkəs razılaşması əldə edilib.