Bu gün İspaniyanın xarici işlər naziri Xose Manuel Alvarez bildirib ki, İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini atəşkəs dövründə Yaxın Şərqdə sülh səylərini dəstəkləmək məqsədi ilə yenidən bərpa edir.
Sitat.info-nun xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, səfirə tapşırılıb ki, Tehrana qayıtsın və səfirliyi dərhal yenidən fəaliyyətə başlatsın. Bu qərar mövcud vəziyyəti və qarşıdakı iki həftəni nəzərə alaraq qəbul olunub.
Qeyd edək ki, Tehrandakı İspaniya səfirliyi 7 mart tarixindən ABŞ və İsrailin hava hücumları səbəbilə müvəqqəti olaraq bağlanmışdı.
Aytac,
Sitat.info