"ABŞ və İran arasındakı atəşkəs razılaşmasına ciddi şəkildə riayət edilməlidir" - Yaşar Güler

12:59 9 Aprel 2026

Türkiyə ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşmasına ciddi şəkildə riayət etməyi vacib hesab edir.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler Ankarada NATO əməkdaşlığı üzrə forumda bildirib.

"ABŞ və İran arasında elan edilmiş müvəqqəti atəşkəsi məmnuniyyətlə qarşılayıram. Bu da bölgənin daha böyük fəlakətlərlə üzləşməsinin qarşısını alacaq. Ümid edirəm ki, bu vacib addım yerindəcə layiqincə qiymətləndiriləcək və davamlı sülh yolunda dəyərli bir başlanğıc olacaq.  Əldə edilmiş razılaşmaların ciddi və tam şəkildə həyata keçirilməsi vacibdir", - Güler bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti