Hörmüzdən keçəcək gəmiləri biz müəyyən edəcəyik - SEPAH

14:50 9 Aprel 2026

Hörmüz boğazının gələcəyi ilə bağlı hökumətdə, parlamentdə və silahlı qüvvələrdə tam razılıq var və bu bölgə üçün yeni hüquqi rejim müəyyən etmək lazımdır.

Sitat.info xəbər verir ki, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin komandirinin müavini Məhəmməd Əkbərzadə deyib.

“Bundan sonra hansı gəmilərin Hörmüz boğazından keçəcəyini və hansı neftin ixrac olunacağını biz müəyyən edəcəyik”, - Əkbərzadə bildirib.



Xəbər xətti