Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin ailəsi çətin vəziyyətdədir.
Mərhumun qızı Ləman Qulamovanın vəziyyəti ağırlaşıb. Bu barədə K. Vəlibəylinin anası məlumat yayıb. O bildirib ki, nəvəsi aylardır müalicə olunur və Türkiyədə əməliyyat olunub. Buna baxmayaraq Ləmanın sağlamlığındakı problem aradan qalxmayıb.
K. Vəlibəylinin anası Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edərək kömək istəyib.