Maştağada gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən, Ağanəbi Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin mayında Maştağa qəsəbəsinin Nəriman Nərimanov küçəsi, 71, mənzil 62 ünvanında baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlinini - Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.
Hadisənin tərəflər arasındakı mübahisə zamanı işlədilən sərt ifadələr nəticəsində törədildiyi bildirilir.
Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyevanın üç azyaşlı övladı qalıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./unikal.az/