Çin Pakistan və Əfqanıstanı barışdırır

21:54 9 Aprel 2026

Çin, Əfqanıstan və Pakistan Urumçidə qeyri-rəsmi danışıqlar aparıblar.

 Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin sözlərinə görə, aprelin 1-dən 7-dək Urumçidə aparılan qeyri-rəsmi danışıqlarda tərəflərin nümayəndə heyətlərinə ölkələrin xarici siyasət, müdafiə və təhlükəsizlik qurumlarının təmsilçiləri daxil olub.

"Əfqanıstan və Pakistan tərəfləri BMT nizamnaməsinin və sülh şəraitində birgə yaşamağın beş prinsipinin məqsəd və ruhuna sadiqliklərini bir daha təsdiqləyiblər, mövcud fikir ayrılıqlarını mümkün qədər tez həll etməyə, Əfqanıstan-Pakistan münasibətlərinin normallaşdırılmasına çalışmağa hazır olduqlarını bildiriblər və vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə razılaşıblar", - deyə Mao Ninq bildirib.

Onun sözlərinə görə, hər üç tərəf "qeyri-sabit və dəyişən beynəlxalq və regional vəziyyət qarşısında Əfqanıstan və Pakistan arasında dostluq əlaqələrinin qorunmasının hər iki ölkənin xalqları, eləcə də Cənubi Asiyada sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb etdiyi" barədə razılığa gəliblər.
XİN sözçüsü əlavə edib ki, Çin dialoq üçün platforma təmin etməyə və üç ölkə arasında praktik əməkdaşlığın gücləndirilməsinə yardım göstərməyə davam edəcək.

Xatırladaq ki, Əfqanıstan və Pakistan arasında əvvəllər qarşılıqlı ittihamlar və sərhəd hadisələri ilə məhdudlaşan gərginlik 2026-cı ilin fevral ayında açıq eskalasiya mərhələsinə qədəm qoymuşdu.Musavat.com



Xəbər xətti