Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

12:18 10 Aprel 2026

Gürcüstandan Rusiyaya Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, Qudauri-Kobi hissəsində, Mtsxeta-Stepantsminda-Lars yolu üzərində qar uçqunu təhlükəsi səbəbindən hərəkət müvəqqəti olaraq qadağan edilib.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı (Gürcüstan üzərindən) Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru marşrutdur./milli.az/



Xəbər xətti