"Düşmənlərin yenidən hücum etməsinə imkan verən atəşkəs istəmirik" - Rəsmi Tehran

15:51 10 Aprel 2026

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi Tehranda xarici səfirlər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdə İslamabadda keçiriləcək ABŞ-İran danışıqları ilə bağlı şərh verib.

Sitat.info Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, Rəvançi İranın 10 maddəlik planının danışıqların əsasını təşkil edəcəyi barədə razılığa gəlindiyini deyib.

"İran İslam Respublikası həmişə diplomatiya və dialoqu alqışlayır, lakin aldatma və İrana qarşı yenidən hərbi təcavüz üçün zəmin yaratmaq məqsədi daşıyan yalan məlumatlara əsaslanan dialoqu alqışlamır.
Biz təcavüzkar düşmənin yenidən silahlanıb hücum etməsinə imkan verəcək atəşkəs istəmirik. Dostlarımıza açıq şəkildə bildirmişik ki, bu vəziyyət zəmanət olmadan təkrarlanmayacaq" - deyə Əraqçinin müavini  bildirib.

Nigar,

Sitat.info



Xəbər xətti