“Hörmüz boğazı üçün ehtiyat planlarımız var”

19:12 10 Aprel 2026

Vaşinqtonun Hörmüz boğazı üçün ehtiyat planları var.

Sitat.info xəbər verir ki, bu haqda Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett bildirib.

O, bəyan edib ki, Vaşinqton İranla dialoqa nikbin baxır və özünün ən yaxşı danışıqlar komandasını İslamabada göndərir.

Hassett müxbirin yaxın iki ay ərzində Hörmüz boğazının açılmasının və neft tədarükünün bərpasının mümkün olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən, “Bizim ehtiyac yaranarsa, ehtiyat planlarımız da var”, deyib.

 



Xəbər xətti