Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Sitat.info xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb.
Baku TV-nin xəbərinə görə, 46 yaşlı Anar Abdurrahmanovun cansız bədəni səhər saatlarında ərazidən keçən vətəndaşlar tərəfindən avtobus dayanacağına bitişik köşkdə aşkarlanıb. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.