Tərtərdə iki nəfər dönərdən zəhərlənib

12:15 11 Aprel 2026

Tərtərdə iki nəfər dönərdən zəhərlənib.
 
Sitat.info xəbər verir ki, Tərtər şəhər sakinləri - 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı şəhərin ərazisindən qidadan (dönər) zəhərlənmə ilə xəstəxanaya gətirilib.
 
Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.
 
Tərtər Rayon Prokurorluğu tərəfindən araşırma aparılır.
 
"Report"



Xəbər xətti