AFFA bu oyunları təxirə saldı

13:13 11 Aprel 2026

AFFA  Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.
 
Sitat.info xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
 
Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.
 
Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.



Xəbər xətti