Südabə Həsənovanın ölüm xəbəri yalan çıxdı

19:30 11 Aprel 2026

Südabə Həsənovanın oğlu Əli Əliyev KİV müraciət edib.

Sitat.info xəbər verir ki, Əli Əliyev bununla bağlı Referans Media-ya danışıb.

“Bu gün müxtəlif informasiya vasitələrində və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumatlar verilərək anamın vəfatı barədə həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır. Vəfat edən mənim anam yox, atam Yaqub Əliyevdir, Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Südabə Həsənovanın oğlu mətbuata müraciət edib:

“Xahiş edirik bu kimi qeyri-dəqiq məlumatları dəqiqləşdirilmədən ailəmiz üçün belə kədərli gündə yayımlamayasınız. Anlayışınız üçün təşəkkürümü bildirirəm” 



Xəbər xətti