Türkiyənin Kütahya vilayətində 4,8 maqnitudalı zəlzələ olub.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:31-də qeydə alınıb.
Zəlzələ ocağı 9,12 km dərinlikdə yerləşib.